Bakının Sabunçu rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Elman Ağayevin idarə etdiyi həmyerlisi Pərviz Hadıyevə məxsus “Priora” və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi “Man” markalı avtomobillər toqquşub.
Nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
P.Hadıyev 14-cü polis bölməsinə ərizə ilə müraciət edərək “Priora” markalı avtomobilinin qaçırılmasını bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov