Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Xədicə İsmayılın ittiham olunduğu Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə ittiham sübuta yetirilməyib və həmin maddə üzrə ona bəraət verilib. Xədicə İsmayıl ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2, 179.3.2-ci maddələri üzrə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O 3 il müddətinə isə vəzifə tutmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Xədicə İsmayılın 9 il müddətinə azadlıqdan məhrum edilməsini, 3 il müddətinə isə vəzifə tutmaq hüququndan məhrum edilməsini istəyib.
Hacı Zeynalov