1 Sentyabr 2015 16:59
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda yanacaq doldurma məntəqəsinin işçisi döyülüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Z.Bündadov prospekti 3103 ünvanında yerləşən yanacaq doldurma məntəqəsində qeydə alınıb.

Yanacaq doldurma məntəqəsinə Bakı şəhər sakini Namiq Quliyevə məxsus “VAZ-2107” markalı avtomobil gəlib. O, və onun 3 sərnişini yanacaq doldurma məntəqəsinin işçisi, 1990-cı il təvəllüdlü Namiq Quliyevlə mübahisə ediblər. Mübahisə zamanı onlar yanacaq doldurma məntəqəsinin işçisi döyüblər.

Hadisənin səbəbləri araşdırılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər