2 Sentyabr 2015 09:53
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən və apelyasiya instansiyasında bəraət alan Sahib Ağayevin işi üzrə yenidən məhkəmə prosesi davam edir.

Teleqraf.com xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş şəxs qismində 3 nəfər ifadə verib. Zərərçəkmişlər ifadə verəndən sonra Sahib Ağayev onların izahatlarına uyğun olaraq danışıb.

O, qeyd edib ki, dələduzluq cinayətlərində əsas məqsəd vəsaitin alınmasına qədər və ya sonra vəsaitin ələ keçirilmə niyyətinin olub-olmaması təyin edilməlidir: “Mənim vəsaiti ələ keçirmə niyyətimi sübut edən heç bir fakt aşkar olunmayıb. Əksinə, maddi vəziyyətimin kəskin dərəcədə zəifləməsi səbəbi ilə vəsaiti qaytara bilməməyim göz qabağında idi”.

Onun sözlərinə görə, əsas məqsəd Ali Məhkəmənin hakimi Fərhad Kərimovun çıxardığı qanunsuz qərarın tətbiqini həyata keçirərək onu həbs etməkdir: “Üzərimə qoyulan əsas tələb pulun tam məbləğdə qaytarılmasıdır. Mən əgər hazırda məhkəmələrin ucbatından işsizəmsə, 10 kv metrlik evdə kirayə vəziyyətində yaşayıramsa və ailəmdə gündəlik 10 manat əmək haqqı ilə tək atam çalışırsa, mən borclu olduğum vəsaiti tam olaraq necə ödəməliyəm? Qanunlar borclu şəxsi məbləği tam ödəməyə vadar edir, yoxsa şəxsə şərait yaradılaraq borc öhdəliyini hissə-hissə ödəməsini tələb edir? Bəzi məhkəmə üzvlərinin sözlərinə istinad etsəm, belə çıxır ki, mən ya oğurluq və ya quldurluq edərək mülki qaydada borclu olduğum məbləği ödəməliyəm”.

Sahib Ağayev bildirib ki, məhkəmə iclası sentyabrın 9-da davam etdiriləcək.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər