Bakının Xəzər rayonunda 16 yaşlı qız itkin düşüb.
Teleqraf.com xəbər verir ki, rayonun Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yaşayan 1999-cu il təvəllüdlü Rəhimə Əlimirzə qızı Mirzəyeva yoxa çıxıb.
O, avqustun 31-də, saat 23.00-da valideynlərinə xəbər vermədən evdən çıxıb. Ertəsi gün yuxudan oyanan valideynləri Rəhimə Mirzəyevanın evdə olmadığını görüblər. Bu səbəbdən Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat veriblər.
Hazırda polis evdən qaçan qızın tapılaraq geri qaytarılması üçün tədbirlər görürlər.
Hacı Zeynalov