2 Sentyabr 2015 12:11
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ə.Rəcəbli küçəsi 36 ünvanının qarşısında qeydə alınıb.

Həmin ünvanda yolun kənarında dayanan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Fikrət Əli oğlu Aslanov naməlum avtomobil tərəfindən vurulub. Yol kənarında dayanan 29 yaşlı oğlanı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb.

Fikrət Aslanov Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər