Türkiyədə hüquq fakultəsinin 22 yaşlı tələbəsi T.M stüardessa olan 25 yaşlı keçmiş sevgilisinə internet üzərindən ağılasığmaz tələ qurub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı B.Ç. sosial şəbəkə vasitəsi ilə 22 yaşlı T.M. ilə tanış olub. Bir müddət sonra sevgili olan cütlük evlilik planları qurmağa başlayıb.
Münasibətlərinin bir ili tamam olmamış cütlük arasında mübahisələr başlayıb. Belə mübahisələrin birində oğlan sevgilisinin burnunu yumruqla qırıb. Qız polisə müraciət etsə də, ailələr araya girəndən sonra şikayətini geri götürüb.
Sevgilisinin zorakılığı davam etdirməsi qızın ondan ayrılmasına səbəb olub. Ayrılığı qəbul etməyən oğlan B.Ç.-nin yolunu kəsərək onu ölümlə təhdid edib. Gənc stüardessa bu dəfə yenidən polisə müraciət edib və ona xüsusi qoruma ayrılıb.
Bir müddət sonra gənc qız sosial şəbəkədə başqa bir oğlanla tanış olub. O, görüş təklifini qəbul edib. Görüş yerinə gələn qız burada heç kimi olmadığını görüb. Çölə çıxdığı anda isə qaça-qaça gələn bir nəfər tərəfindən dəfələrlə bıçaqlanıb. Yerə yıxılanda onu vuranın keçmiş sevgilisi T.M. olduğunu görüb. Şübhəli hadisə yerindən qaçarkən, gənc qadın ətrafdakılar tərəfindən xəstəxanaya aparılıb.
Əməliyyat olunan B.Ç-yə 26 bıçaq zərbəsi vurulduğu müəyyən olunub.
Hazırda polis cinayətkarın axtarışlarını davam etdirir.
Qapısında polisin növbə çəkdiyi B.Ç. yaşadıqlarını "Habertürk"ə danışıb:
"Mənə 300 metrdən çox yaxınlaşması qadağan olundu. İşə gedib gələrkən həmişə ətrafımı nəzarət edirdim. Qoruma qərarına baxmayaraq mənə hücum etdi. Qorxuram. O, əlini-qolunu sallayaraq gəzir. Dərhal həbs edilib cəzalnadırılmasını istəyirəm".
Rüstəm