2 Sentyabr 2015 17:02
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Vladimirovka kəndində qeydə alınıb.

Rayon sakinləri Şöhrət Mahmudovun idarə etdiyi “Mercedes” və Sabir Eyyubovun idarə etdiyi “VAZ-21070” markalı avtomobillər toqquşub.

Nəticədə S.Eyyubov və sərnişini Yəmən Əliyeva xəstəxanaya yerləşdiriliblər. S.Eyyubov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: