3 Sentyabr 2015 13:21
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda qumarxana aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Süleyman Vəliyev Xətai rayonu ərazisində icarəyə götürdüyü kafedə həmyerliləri Zəmanət Hüseynli və Vasif Hacıyevlə birgə “poker” qumarxana təşkil etdikləri və saxladıqları üçün tutulublar.

Ora baxış zamanı oyun kartları və “poker” qumar oyununa qoyulmuş xeyli miqdarda pul aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: