3 Sentyabr 2015 15:15
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi törədən iki qardaş həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi (CAŞ) və 36-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini Məhəmməd Səfərova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakinləri – 1997-ci il təvəllüdlü Toğrul Talıbov və qardaşı 1999-cu il təvəllüdlü Fəxrəddin Talıbov saxlanılıblar.

Qeyd edək ki, hadisə avqustun 31-də gecə saatlarında M.Hadi küçəsində qeydə alınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər