3 Sentyabr 2015 22:35
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Gülnarə Hüseynova, Elgün Abdullayev, Nurlan Hüseynov, Xəyal Əlmərdanov və Razi İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 19-da Xəzər rayonunun Buzovna qəsəbəsində Nazim Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girən 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirib, pul və qızıl əşyalar verməsini tələb edib, müqavimətlə rastlaşdıqlarından hadisə yerini tərk edərkən Nazim Kərimov onlardan birini tutub hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verib.

Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1986-cı il təvəllüdlü Elgün Abdullayev də həbs edilib. Daha sonra keçirilən əməliyyat nəticəsində qryupun digər üzvləri Bakı şəhər sakinləri Nurlan Hüseynov və onun bacısı Gülnurə tutulublar.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Gülnarə Hüseynova 10 il, Elgün Abdullayev 10 il, Nurlan Hüseynov 12 il, Xəyal Əlmərdanov 12 il 6 ay və Razi İsgəndərov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər