3 Sentyabr 2015 20:36
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirli bilinən Fəqani Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin noyabrın 1-nə keçən gecə Abşeron rayonunun Hökməli kəndində Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25 yaşlı Aşağı Güzdək qəsəbə sakini Kamal Qurbanova əsarət yetirib.

Fəqani Şükürov daha sonra həmin şəxsi yaralı vəziyyətdə idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Kliniki Tibbi Mərkəzə aparıb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Fəqani Şükürov könüllü olaraq Abşeron Rayon Polis Şöbəsinə gələrək təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini təhvil verib.

Istintaq araşdırması zamanı müəyyən edilib ki, Kamal Qurbanov tanışı Fəqanini söyüb. Elə hadisə də söyüş üstündə yaranan münaqişə zəminində baş verib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Fəaqni Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər