7 Sentyabr 2015 13:59
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda velosiped oğurlamaqda şübhəli bilinən iki uşaq saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 5-də saat 16 radələrində Sarayevo küçəsində Ramiz Mustafayevə məxsus velosiped oğurlanıb.

Xətai RPİ 34-cü PB PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmək şübhəli bilinən Bakı şəhər sakinləri – 2001-ci il təvəllüdlü İlkin Vəliyev və 2003-cü il təvəllüdlü Tural Əbilov saxlanılıb.


Müəllif: