7 Sentyabr 2015 15:03
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Ədalət Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Gəncə prospekti ev 54, mənzil 75 ünvanında Kamil Bədəlov qətlə yetirilib. Kamil Bədəlovu qətlə yetirməkdə təqsirli bilinən Ədalət Əhmədov saxlanılıb. Məlumatda qeyd olunur ki, noyabrın 14-də Kamil Bədəlovu qətlə yetirən Bakı şəhər sakini Ədalət Əhmədovun sərnişin qismində getdiyi, həmyerlisi Vüsal İbrahimli tərəfindən idarə edilən “VAZ-2107” markalı avtomobil noyabrın 16-da Qazax rayonu ərazisində saxlanılıb.

Kamil Bədəlovla Xalıq Qurbanovun arasında qız üstündə mübahisə yaranıb. Kamil Bədəlov və Xalıq Qurbanovun ortaq tanıdıqları bir qız olub. Dəfələrlə məhkum olunmuş və Cinayət Məcəlləsinin 6 maddəsi ilə axtarışda olan Kamil Bədəlov qızdan əl çəkməsi üçün Xalıq Qurbanovdan pul tələb edib.


Kamil Bədəlov məsələni aydınlaşdırmaq üçün Xalıq Qurbanovla görüşmək istəyib. O, görüş yerinə dostu Ədalət Əhmədovla gəlib. Kamil Bədəlov Xalıq Qurbanovla olan mübahisəsinin əsl mahiyyətini Ədalət Əhmədovdan gizlədib. Kamil Bədəlov tanışını aldadıb ki, meyxana ifaçısı olan Xalıq Qurbanovla “söz” mübahisəsi olub və bunu aydınlaşdırmaq istəyib. Ədalət Əhmədov da Kamil Bədəlovla birlikdə Xalıq Qurbanovla görüşüblər. Görüş zamanı Ədalət Əhmədov mübahisənin əsl mahiyyətini bilib və buna görə də Kamil Bədəlovla mübahisə edib ki, belə söhbətə onu niyə gətirib. Həmin vaxt Xalıq Qurbanov oradan gedib. Bundan sonra Kamil Bədəlovla Ədalət Əhmədov mübahisə edib və mübahisə qətllə nəticələnib.

İstintaqın ilkin gedişində Xalıq Qurbanov cinayəti törətməkdə şübhəli bilinərək saxlanılsa da, istintaq orqanı onun qətl hadisəsini iştirakınıda təqsirli bilinmədiyi nəticəsinə gəlib.

Ədalət Əhmədov isə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə 10 il cəza verilib.

Hacı Zeynalov


Müəllif: