Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səmayə Bayramova vurulub və nəticədə piyada xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2107” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Seyran Vəliyev saxlanılıb.
Hacı Zeynalov