Lənkəranda soyğunçuluqda təqsirli bilinən şəxs həbs edilib. Teleqraf.com xəbər verir ki, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 5-də Nilufər Əliyevanın qızıl sırğasını soyğunçuluq yolu ilə almış şəhər sakini Zəki Quliyev saxlanılıb.
Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən il dekabrın 4-də Mətanət Səlifovanın evindən 250 manat pul və qızıl əşyalar oğurlamış Cəlilabad rayon sakini Xanımgül Təhməzova tutulub.
Hər iki faktla bağlı cinayət işi başlayıb.
Hacı Zeynalov