7 Sentyabr 2015 17:27
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bərbərxanaya basqın edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Kərim Qədimzadənin işlədiyi bərbərxanaya gəlmiş həmyerlisi Zaur Həsənov onu və orada olan Qərib Həsənovu bıçaqla hədələyib. Zaur Həsənov Qərib Həsənovdan 133 manat pul və mobil telefonunu, Kərim Qədimzadədən isə 30 manat alıb.

Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Həsənov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər