7 Sentyabr 2015 21:35
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda 86 yaşlı kişi soyğunçuluqla üzləşib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini, 1929-cu il təvəllüdlü Zülfəli Abbasovun cibindən 15 manat pulunu soyğunçuluq yolu ilə talayıblar.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Qobustan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Vüqar Əmir oğlu Xudaquliyev tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər