8 Sentyabr 2015 01:58
2 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba-Xaçmaz yolunda baş vermiş qəza nəticəsində ölən daha iki nəfərin də adı dəqiqləşdirilib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ölənlərdən birinin adı 40 yaşlı Seymur Samir oğlu Qəribov, digərinin adı isə 36 yaşlı Emil Ağarəhim oğlu Rəhimovdur.

Seymur Samir oğlu Qəribov avtomobilin sürücüsü olub.

Quba rayon Polis Şöbəsinin müstəntiqi Rasim Seyfullayev qəzanın yüksək sürət səbəbindən baş verdiyini təsdiqləyib.

00:06

Quba-Xaçmaz yolunda baş vermiş qəza nəticəsində ölənlərin adları məlum olub.

Ölənlərdən biri 33 yaşlı Cəlal Tofiq oğlu Hüseynovdur. Ölən digər iki nəfərin adının isə Emil və Seymur olduğu bildirilir.

Bölgə müxbirinin əldə etdiyi məlumata görə, avtomobildə olanlar Qubadan toydan Xaçmaza evlərinə gedirlərmiş. Ölən Emil adlı şəxsin toy operatoru olduğu bildirilir.

İlkin versiyaya görə, dəhşətli qəzaya səbəb yüksək sürət olub.

Hadisəni Quba polisi araşdırır.

22:57

Quba-Xaçmaz yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Yolun 12-ci kilometrliyində, Qubanın Barlı kəndi ərazisində ağır yol qəzası baş verib.

Hadisə zamanı "Hyundai" markalı "90 VP410" dövlət qeydiyyat nişanlı avtomobil çinar ağacına çırpılıb.

Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Onları adları hələlik bilinmir.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri işləyir. Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif:

Oxşar xəbərlər