8 Sentyabr 2015 19:31
285

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 6-da gecə saatlarında S.Vurğun küçəsində Salyan rayon sakini Mübariz Əsgərova məxsus VAZ-21011 markalı avtomobildən, açar seçmə yolu ilə maqnitafon, mobil telefon, təmir alətləri, şəxsi sənədləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Çingiz Renadoviç Tahirov tutulub.

Bundan başqa, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 3-də axşam saatlarında Əbilov küçəsində Fikrət Fərmanovun evindən, açıq qapıdan keçməklə televizor oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, 1994-cü il təvəllüdlü Sücəddin Nurəddin oğlu Əlizadə tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdşalarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Şamil Nağıyevə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, 1981-ci il təvəllüdlü İkram Fikrət oğlu Əhmədov saxlanılıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...