Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə sentyabrın 8-də Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının qarşısında qeydə alınıb. Şəhər sakini, Ramin Alim oğlu Zamanov tibb ocağının qarşısında qarın nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal xəstəxananın cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat edilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, R.Zamanov bibisi nəvəsi tərəfindən bıçaqlanıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.