9 Sentyabr 2015 09:27
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Gök-nur” şirkətinin Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən kabel zavoduna basqın olub.

Bu barədə “Report”a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, naməlum maskalı şəxslər gecə zavoda daxil olaraq gözətçinin əl-qolunu bağlayıb və onu ölümlə hədələyib.

Daha sonra maskalılar zavodun ofisindən içərisində 50 min ABŞ dolları olan seyfi aparıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: