Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rövşən Məhsumovu bıçaqlayıb. Rövşən Məhsumov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Kamran Rəhimov tutulub.
Hacı Zeynalov