10 Sentyabr 2015 14:42
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Azər Nuriyevə məxsus “VAZ 2102” markalı avtomobildən akkumulyator oğurlamış şəhər sakini Sultan Əliyev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 26-da İlqar Cəfərova və İbadət Xudiyevə məxsus avtomobillərdən akkumulyator oğurlaması da müəyyən edilib.

Oğurluq etdiyinə görə tutulmuş Boradigah qəsəbə sakini Məhəmməd Cavadovun digər cinayət əməli də müəyyən edilib. Masallı Rayon Polis Ş əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Şahin Bağırovun evindən 170 manat oğurlamış Boradigah qəsəbə sakini Məhəmməd Cavadov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 6-da Sakit Cavadovun evindən qızıl üzük oğurlaması müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: