Sabirabad rayonunda 11 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə avqustun 29-da, rayonun Xəlfəli kəndində qeydə alınıb.
Rayon sakini Səfər Əsədov idarə etdiyi “QAZ-3129” markalı avtomobillə yolu keçən Saatlı rayon sakini İlham Bəkirovu vurub. Xəstəxanaya yerləşdirilmiş İlham Bəkirova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov