11 Sentyabr 2015 11:25
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə borca görə kütləvi dava baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki qrup arasında tapanca, tüfəng və bıçaqların işə düşdüyü kütləvi davada 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə Qaziantepdə baş verib.

Polisin verdiyi məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən 1 kişi hadisə yerində ölüb. 4 nəfər isə təcili yardımın müdaxiləsinə baxmayaraq, yolda keçinib.

Polis hadisə ilə bağlı 4 şübhəlini saxlayıb. İstintaq davam edir.

Teleqraf.com hadisə yerindən fotoları təqdim edir:

Rüstəm


Müəllif: