Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Nadir Həsənov yaşadığı evdə özünü asaraq ölüb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən tapılıb. Nadir Həsənovun özünə hansı səbəbdən qəsd etməsi hazırda araşdırılır.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.
Hacı Zeynalov