11 Sentyabr 2015 18:50
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonunda hədə-qorxu ilə pul almaqda şübhəli bilinən şəxs tutulub.

Rayon ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Orxan Vəlizadəni bıçaqla hədələyərək 40 manatını və 2 ədəd mobil telefonunu alıb və hadisə yerini tərk edib.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Heydərov və Şəmkir rayon sakini Eyvaz Rzayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: