30 May 2014 18:27
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda Bakı-Qazax yolunun 281-ci kilometrliyində “Ford” markalı mikroavtobus idarəetməni itirərək “Shacman” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Ford” markalı avtomobilin 7 nəfər sərnişini yaralı vəziyyətdə, 2 nəfər – 1 nəfər kimliyi məlum olmayan şəxs və 2012-ci il təvəllüdlü Fəridə Səxavət qızı Mehtiyevanın cəsədləri xilasedicilər çatana qədər xəstəxanaya aparılıb.

Avtomobilin sürücüsü yaralı vəziyyətdə və 1 nəfər kimliy məlum olmayan şəxsin cəsədi deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və kimliy məlum olmayan şəxsin cəsədini avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif: