Bakının Suraxanı rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.
Müəyyən edilməmiş avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Turab Hacıyev vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.
Turab Hacıyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Kia” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Şamil Kərimov tərəfindən törədilməsi Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Suraxanı RPİ əməkdaşları tərəfindən müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov