Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada təqsirli bilinən Rəşad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rəşad Quliyev Bakının 20 Yanvar metro stansiyasının yaxınlığında Samirə (ad şərti verilib) ilə tanış olub. O, qızla bir müddət telefonla əlaqə saxlayıb. İttihama görə, o, daha sonra Samirə ilə cinsi əlaqədə olub.
Bildirilir ki, bu hadisədən sonra qız Rəşadla telefonda danışarkən anası tutub. Qızın anası kiminlə danışdığını soruşub. Samirə Rəşad adlı oğlanla telefonda danışdığını, onunla intim əlaqədə olduğunu deyib.
Samirənin anası qızının Rəşad Quliyev tərəfindən zorlaması barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Rəşad Quliyevin barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsı zorlama) maddəsi ilə cinayət işi başlayıb.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəşad Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov