Bakının Nərimanov rayonunda soyğunçuluq edən şəxslər həbs edilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri – 1982-ci il təvəllüdlü Nicat Xıdırov və qardaşı 1983-cü il təvəllüdlü Samir Xıdırov tutulublar.
Onlar sentyabrın 11-də M. Əhmədzadə küçəsində 1938-ci il təvəllüdlü Tamella İsmayılovanın qızıl boyunbağını soyğunçuluq yolu ilə talamaqda şübhəli biliniblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov