Bakıda ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub.
Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.
Hacı Zeynalov