15 Sentyabr 2015 14:07
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsi, Ordubadi küçəsində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1970-ci il təvəllüdlü Arif Məmmədov idarə etdiyi “Kia-Sorento” markalı avtomobillə Biləcəri qəsəbə sakini, 1948-ci il təvəllüdlü Əbdül Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən Əbdül Quliyev orada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: