İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü İsmət Əsədov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.
Orta məktəbin 7-ci sinfində oxuduğu bildirilən İsmət Əsədovun kəndirlə asılmış meyitini ailə üzvləri aşkarlayıb. Onun hansı səbəbdən özünə qəsd etməsi məlum deyil.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov