Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü Samir Seyidov yaşadığı evdə özünü asaraq ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov