16 Sentyabr 2015 10:51
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda taksi sürücüsü qarət edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 2-də Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Mehrab Muradova məxsus “Mercedes E-240” markalı avtomobilə sərnişin qismində əyləşən naməlum şəxs soyğunçuluq yolu ilə sürücünün 17 manat pulunu və mobil telefonunu alıb.

Bakı şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Nahid İbrahimov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər