16 Sentyabr 2015 11:54
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mican kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1991-ci il təvəllüdlü Asiman Hidayətov özünü yaşadığı evdəasıb. Onun özünə qəsd etməsindən ailə üzvləri tez xəbər tutublar və anası oğlunun boğazına bağladığı kəndiri kəsib.

Asiman Hidayətov xəstəxanaya yerləşdirilib. Onun şok vəziyyətində olduğu bildirilir. Asiman Hidayətovun sentyabrın 20-də toyu olacaqdı.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər