Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Rəşad Məmmədov naməlum şəraitdə bıçaqalıb. O, xəsarətlə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirlər görülür.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Hacı Zeynalov