Astarada 52 yaşlı qadın dağdan yıxılıb.
"Report" xəbər verir ki, rayonun Əsxənəkəran kənd sakini, 1963-cü il təvəllüdlü İradə Balağa qızı Xudatova dağdan yıxılıb.
Alın nahiyəsinin geniş həcmli kəsilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin ağır olduğu bildirilir.