17 Sentyabr 2015 10:15
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bıçaqlanma olub.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 00:40 radələrində A.Heydərov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Nicat Muradov bıçaqlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Muradov tutulub.

Hacı Zeynalov


Müəllif: