Bakının Suraxanı rayonunda soyğunçuluq hadisəsi törədən şəxs həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Əliyev saxlanılıb.
O, sentyabrın 15-də saat 02:50 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İlhamə Xəlilovanı döyərək içərisində 120 manat pul, 1 cüt sırğa, mobil telefon və sənədləri olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinib.
Hacı Zeynalov