17 Sentyabr 2015 10:50
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qara Qarayev prospektində yerləşən parklardan birində qeydə alınıb.

Gecə saatlarında parkda olan 1998-ci il təvəllüdlü İman Cəfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün 17 yaşlı oğlanın həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi üçün Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: