Bakının Nizami rayonunda vətəndaşları aldadan iki nəfərin barəsində cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Rövşən Əliyev tanışı Ülkər Mirzəyeva ilə birlikdə etibardan sui-istifadə edərək dələduzluq əməli törədiblər.
Onlar Elnur Hüseynovdan 14 min 500, Teymur Abdullayevdən 950 manat dəyərində qızıl-zinnət əşyaları alıblar. Hər iki tanışlar qızıl əşyalarını alsalar da, pulunu ödəməyiblər. Zərərçəkmişlər dəfələrlə pullarının ödənilməsini istəsələr də, onlar hər dəfə bir bəhanə ilə pul ödəməkdən boyun qaçırıblar.
Bundan sonra zərərçəkmişlər Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə şikayət ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov