18 Sentyabr 2015 12:03
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi törədən yeniyetmələr həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İman Cəfərova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Rəvan Zəfər oğlu Əliyev və 2000-ci il təvəllüdlü Əli Məhəbbət oğlu Hüseynov tutulub.

Qeyd edək ki, hadisə rayonun Qara Qarayev prospektində yerləşən parklardan birində qeydə alınıb. Sentyabrın 16-də, gecə saatlarında parkda olan 1998-ci il təvəllüdlü İman Cəfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün 17 yaşlı oğlanın həyatını xilas etmək mümkün olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər