18 Sentyabr 2015 14:49
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakini Səbuhi Muradov bıçaqlanıb.

O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Valeh Əsgər oğlu Bayramov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: