Bakının Sabunçu rayonunda evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsi, Ə.Şirvanlı küçəsi ev 6-da qeydə alınıb.
Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Məqsudə Ömər qızı Qasımovanın evindən oğurluq edilib. Oğrular Məqsudə Qasımovanın evindən 2 min avro, xeyli miqdarda qızıl əşyaları aparıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov