Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com verilən məlumata görə, sentyabrın 12-də İ.Həmidov küçəsində yaşayan Bəyimxanım Əkbərbəyovanın evindən 50000 manat nağd pul və 100000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bakı Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axatrış Şöbəsi və 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.
Hacı Zeynalov