22 Sentyabr 2015 18:27
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı ilə yanaşı, Azərbaycan vətəndaşı Nigar Abdullayevaya da hökm oxunub.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə R. Kocakaya 8 il, N. Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, N. Abdullayeva və Türkiyə vətəndaşı Ramazan Kocakaya işə düzəltmək adı ilə vətəndaşların pulunu mənimsəyiblər.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər