Bakının Qaradağ rayonunda məşhur ticarət mərkəzində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində qeydə alınıb.
Abşeron rayon sakini 1983-cü il təvəllüdlü Elnurə Nurəli qızı Əliyevanın işlədiyi mağazadan açıq talama yolu ilə piştaxtanın üzərindən 138 manat pulu götürərək qaçan şəxs Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Polis Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1971-cı il təvəllüdlü Nazim Məmmədağa oğlu Ağayevi saxlayaraq sonrakı araşdırmalar aparılması üçün Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov